“Günəşli”də ilk uğur - Quyulardan birində yanğın söndürüldü

“Günəşli”də ilk uğur   - Quyulardan birində yanğın söndürüldü

"Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğınla bağlı ilk uğur əldə olunub.

Dövlət Neft Şirkətindən Aktual.az-a verilən məlumata görə, özülün quyularından birində yanğın söndürülüb. 

Həmçinin, şirkətin mütəxəssisləri, prosesə cəlb olunmuş amerikalı mühəndislərlə birlikdə iki günlük çalışmadan sonra xüsusi kollektoru çiləmə sisteminə yerləşdirməyə nail olublar. Bu üsulun əhəmiyyəti ondan ibarətdir ki, su təzyiqlə birbaşa dənizin təkində qaz quyusuna, qazın çıxdığı yerə birbaşa vurulacaq. Bununla da borunu soyutmaq mümkün olacaq ki, mütəxəssislər onun üzərində işləyə və güclü təzyiqlə çıxan qazın qarşısını almaq üçün borunun ağzını bağlaya bilsinlər.

Bundan sonra yanğınla mübarizə daha sabit və daha təhlükəsiz, başlıcası isə daha səliqəli şəkil alacaq. Suyun quyuya vurulmasına ötən gün başlanmalı olsada, tez-tez dəyişən hava şəraiti müəyyən çətinliklər yaratdığından proses bu günə qədər təxirə salınıb. 

Aktual.az

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR