“Günəşli“ yatağında yaralananlar Xəstəxanaya yerləşdirildi - Yeniləndi

“Günəşli“ yatağında yaralananlar Xəstəxanaya yerləşdirildi   - Yeniləndi

"Günəşli" yatağının yanğın baş vermiş 10-cu Dərin Dəniz Özülündən təxliyyə edilmiş neftçilərin bir qismi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Bu barədə xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev məlumat verib.

Baş həkimin sözlərinə görə, artıq 20 nəfər xəstəxanaya yerləşdirilib.

"Onların vəziyyəti stabildir və daim nəzarət altındadır" deyə baş həkim bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağında yanğın baş verib. Məlumata görə, yanğın baş verən özüldən 32 nəfər xilas edilib, bir nəfər isə həlak olub. Digər şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir. \apa


***
19:09

"Günəşli" dəniz yatağında baş vermiş yanğın nəticəsində xəsarət alanlar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriləcək.

İlk növbədə platformadan gəmi ilə təxliyyə olunmuş 27 nəfər gətiriləcək. Dörd nəfər isə helikopter ilə təxliyyə olunub.

Ötən gün axşam saatlarında “Günəşli” yatağındakı 10-cu özüldə güclü yanğın baş verib

10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib.

Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradıb. Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.

Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005\trend

Aktual.az

Xəbər 686 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR