"Günəşli" yatağında həlak olan 13 neftçinin yaxınlarına sığorta ödənilib


"Günəşli" yatağındakı qəza nəticəsində həlak olan neftçilərin ailə üzvlərinə sığorta ödənişlərinin verilməsinə başlanıb.

Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə "Paşa Həyat Sığorta" şirkətinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.

Sədr qeyd edib ki, qəza nəticəsində həlak olan neftçilərlə bağlı təqdim olunmuş sənədlər üzrə onların ailə üzvlərinə sığorta ödənişləri verilib: "Sığorta məbləğləri müxtəlifdir. Təxminən 12-13 neftçi ilə bağlı sənədlər təqdim olunub və sığorta ödənişi tam ödənilib. Bununla bağlı gündəlik işlər gedir".

Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR