“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğınla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev açıqlama verib.
Aktual.az xəbər verir ki, R.Abdullayev ANS TV-yə bildirib ki, yanğın nəticəsində heç bir insan itkisi yoxdur.
O deyib ki, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
Aktual.az