Günəş şüalarının bədənə İNANILMAZ TƏSİRİ

Günəş şüalarının bədənə İNANILMAZ TƏSİRİ

Günəşi sevməyən olmaz, amma onun şüalarına uzun müddət məruz qalmaq heç də yaxşı nəticə verməyə bilər.

Publika.az Günəş şüalarının bədənimizə verəcəyi müsbət və mənfi təsirlərlə bağlı bəzi məlumatları təqdim edir. Ölkəmizdə müşahidə edilən bu günəşli günlərdə məlumat sizin üçün maraqlı ola bilər.
Yaxşı tərəfləri
Əvvəlcə müsbət tərəflərindən başlayaq. İlk növbədə bilməlisiniz ki, Günəş şüaları bədənimizdə D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox vacibdir. Dəridəki qırmızı ləkələrə də Günəş şüaları faydalıdır. Günəşli bir gün qədər insanın əhvalına müsbət təsir edən heç nə ola bilməz. Alimlər bunun beynimizdəki melatonin hormonu ilə əlaqədar olduğunu düşünür. Günəşli günlərdə çox gözəl görünürük. Çünki Günəş şüalarından rəngi dəyişən dərimiz çox cazibəli olur.
Pis tərəfləri
Əlbəttə, Günəş şüalarının pis tərəfləri də az deyil. İlk növbədə bu şüalar dərimizi qırışdırır. Unutmamalıyıq ki, dərimizi qocaldan səbəblərin başında Günəş durur. Hətta 2-3 dəqiqə Günəş şüalarının təsirinə məruz qalsanız belə dərinizdə dəyişikliyi hiss etdirəcək.
Bir dəfə Günəş şüalarından zərər görən dəri artıq yumuşaqlığını itirir, incəlir və qırışır. Üz və boyun dəriniz ən çox zərər görən bölgələrdir.
Dəriniz nə qədər çox Günəş şüalarının təsirinə məruz qalsa,dəri xərçənginə tutulma riskiniz o qədər də çox olur. Xüsusən də, dərisinin rəngi ağ olanlar daha çox Günəş şüalarının altında qalır. Bu isə onların xərçəng olma riskini artırır.Günəş şüalarının təsirindən dərinin rənginin dəyişməsi əslində özünüqoruma üsuludur.
Dərinin üst qatı ultrabənövşəyi şüalardan çox zərər görəndə, damarlar şişir və Günəş yanığı ilə nəticələnir. Çox zaman bu ağrılar dözülməz olur.
Bəs Günəşin faydalarından yararlanmaq, həm də zərərlərindən qorunmaq üçün nə etməli?
Saat 11:00-dan 15:00-a qədər kölgədə qalır. Daim başınızda bir papaq olsun. Bu boynunuzu və üzünüzü şüalardan qorumuş olacaq.Günəşdən qorunmaq üçün kremlərdən istifadə edin. Dəriniz nə qədər ağdırsa, o qədər kremin keyfiyyəti o qədər çox olmaldır. Çoxlu su işin. Dərinizdəki xalları mütəmadi nəzarətdə saxlayıb. Qaşınma, qanama kimi hallarda həkimə gedin.
 
Aktual.az
Xəbər 757 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR