Günəş şüalarından qorunmağın yolları

Günəş şüalarından qorunmağın yolları

Günəş şüaları dərinin quruluğuna, günəş yanığına, dəri xərçənginə, günəş allergiyasına, erkən yaşlanma və ya foto yaşlanmaya, dərinin piqment dəyişikliyinə səbəb olur.

Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının dosenti Elşad Novruzovun Ailem.az-a bildirdiyinə görə, günəş şüaları antibakterial təsir və "D” vitamini sintezini təmin etməklə yanaşı, həm də ultrabənövşəyi şüaların əmələ gətirdiyi zərərli təsirləri ilə də özünü göstərir. Gözlə görünə bilməyən ultrabənövşəyi A (UVA) şüaları dərinin dərin təbəqələrinə, ultrabönəvşəyi B (UVB) şüaları isə dərinin üst təbəqəsinə təsir edir.
 
E.Novruzovun dediyinə görə, yayda günəşdən qorunmaq mütləqdir: "İlk olaraq günəş şüalarının yer səthinə düz bucaq altında düşdüyü təhlükəli saatlar olan, 11:00-dan 16:00-dək günəş altına çıxmamaq məsləhət görülür. Açıq havaya çıxmazdan 30 dəqiqə əvvəl günqoruyucu kosmetik vasitə dəriyə çəkilməli, hər 2 saatdan bir yenilənməlidir. Əgər üzünüz tərləyib və ya duş qəbul etmisinizsə, yenidən günqoruyucu vasitədən istifadə etməlisiniz”.
 
Günəş şüalarına qarşı krem seçərkən suya və tərləməyə dayanıqlığı olmasını da nəzərə almaq lazımdır. E. Novruzov bildirir ki, günəş qoruyucularının fəaliyyətini ölçən SPF göstəricisi dərinin ultrabənövşəyi şüalardan nə qədər qoruduğunun göstəricisidir: "Günəş şüalarına qarşı krem seçərkən, onun dərinizi ultrabənövşəyi A və B şüalarından qoruduğuna əmin olmalısınız”.
 
Aktual.az
Xəbər 832 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR