Günəş batareyaları ilə çalışan üzən elektrik stansiya işə salınıb

Günəş batareyaları ilə çalışan üzən elektrik stansiya işə salınıb
  • DÜNYA

Yaponiyanın "Smart Energy" şirkətinin yaydığı məlumata görə, dünyanın ən böyük Günəş batareyaları ilə çalışan elektrik stansiyasının inşası başa çatdırılıb və işə salınıb.


Aktual.az AZERTAC-a istinadən bildirir ki, stansiyanın Tokiodan şimalda, Saytama prefekturasında olan Kavacima şəhərində yerləşdiyi bildirilir. Onun ümumi gücü 7,5 MBt təşkil edir və o təqribən 130 min kvadratmetr əraziyə malik göldə yerləşir.

Üzən elektrik stansiyanın yaradılmasına Çinin "Yingli" korporasiyasının 27,4 min Günəş batareyasının sərf edildiyi bildirilir. Layihəyə əsasən, stansiyanın ildə 8,3 milyon kBt elektrik enerjisi hasil edəcəyi və bununla 2,3 min evin enerji ilə təchizatı gözlənilir.

Layihənin icrasına 3 milyard yen (təqribən 24,6 milyon dollar) sərf edildiyi bildirilir.

Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR