Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.Eyvazov ifadə verib.
O bildirib ki, qətldən öncə Günel Hüseynova ona mərhum Məryəm Nametzadəni izləməsi barədə göstəriş verib.
Məhkəmənin növbəti prosesi oktyabrın 21-də davam etdiriləcək.