Yazar Günel Mövludun qardaşı Vəzir İmanovun polis tərəfindən saxlanılmasının səbəbi bəlli olub.
Ölkə.Az-ın Biləsuvar Polis Şöbəsindən aldığı məlumata görə, Vəzir İmanov narkotik maddə ilə saxlanılıb.
Qeyd edək ki, yazarın digər qardaşı Raci İmanov isə Sumqayıt Şəhər Polis idarəsi 3-cü bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Sumqayıt polisindən isə R.İmanovun hansı səbəbdən saxlanıldığı barədə məlumat vermək istəməyiblər. Ancaq sonradan Raci İmanovun da narkotik maddə ilə saxlanıldığını öyrənmək mümkün olub.