Gündə nə qədər su içməliyik?

Gündə nə qədər su içməliyik?

Bədənimizin əksər hissəsini su təşkil edir. Lazımi miqdarda su içmədikdə orqanizmdə ciddi fəsadlar yaranır. Unutmamalıyıq ki, toksinlər bədəndən su vasitəsilə atılır.

Aktual.az Axşam.az-a istinadən xəbər verir ki, mütəxəssislər gündəlik su miqdarının qəbul etdiyimiz kalori ilə mütənasib olduğunu bildiriblər. Məsələn, gündəlik rasionu 2000 kalorilik olan biri 2 litr su içməlidir. Kalori miqdarı artdıqca su miqdarı da artır.
Bundan əlavə, sağlam insanın gündəlik su ehtiyacı onun gün ərzindəki aktivliyi, çəkisi, yaşadığı iqlimin xüsusiyyətləri, iş rejimi ilə bağlı olaraq dəyişir. Xüsusilə də yay aylarında bədəndən çoxlu tər ifraz olunduğu üçün maye miqdarına diqqət etmək lazımdır.
Xəbər 1044 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR