Psixoloqlar selfi aludəçiliyini qətiyyətlə müalicə tələb edən psixi pozğunluq adlandırıblar.
Aktual.az Azərtac-a istinadən bildirir ki, psixoloqlar mobil telefonun ön kamerasının köməyi ilə öz şəklini çəkməyi sevən həvəskarları üç qrupa ayırıblar. Birinci mərhələdə adam gündə təqribən üç dəfə öz şəklini çəkir, lakin bu şəkilləri internetdə yerləşdirmir. Şəkillərini sosial şəbəkələrdə paylaşanda artıq ikinci mərhələ başlayır. Bu mərhələdə selfi həvəskarının artıq peşəkar psixoloqa ehtiyacı olur.
Üçüncü mərhələdə adam artıq gündə altı şəkil çəkdirərək, onları daim şəbəkədə yerləşdirir. Onun bu halı artıq nevrozdur. Bu mərhələdə adam oxucuların fikrindən o qədər asılı olur ki, daim kənar adamlardan selfiyə reaksiya gözləyir və bu asıllığın öhdəsindən müstəqil gələ bilmir.
Əvvəllər alimlər qeyd edirdilər ki, tez-tez öz şəklini çəkib internetdə yerləşdirən kişilər psixopatiyaya meyllidirlər. Bundan başqa, kişilərin şelfi həvəsi həm də özünə vurğunluğun əlamətidir.