Aparıcılar Zaur və Günay Baxşəliyevlər arasında "Bu stil mənim" yarışında maraqlı anlar yaşanıb.
Aktual.az big.az-a istinadən xəbər verir ki, bir-birini qısqanan cütlük canlı yayımda bunu büruzə verib. Münsif kürsüsündə əyləşən Zaur Baxşəliyevə həyat yoldaşı Günay Baxşəliyeva irad tutub: "Ay Zaur, kim gəlir, deyirsən, "çox gözəl görünürsən, qəşəngsən". Sən münsifsən və xanımların geyiminə qiymət verməlisən, gözəlliyinə yox".
Günayın qısqanclığı hər kəs tərəfindən gülüşlə qarşılanıb. Zaur özü də şoka düşüb.
// Aktual.az