Peşənizlə bağlı olaraq uzun müddət kompüter, yaxud televizor ekranına baxmaq məcburiyyətindəsinizsə, gözlərinizin yorulması və göz sağlamlığının pozulması labüddür.
Ancaq edəcəyiniz sadə idman hərəkətləri ilə göz sağlamlığını qoruya bilərsiniz. Aktual.az lent.az-a istinadən həmin idman hərəkətlərini təqdim edir.
- Yavaşça sağa-sola baxın.
- Gözlərinizi aça bildiyiniz qədər yavaşça açıb bağlayın.
- Yavaşça yuxarı və aşağı baxın.
- Yavaşça sol üst küncə, sonra sağ aşağı küncə baxın. Yenə sağ üst künc və sol aşağı küncə baxın.
- Yuxarı sola, aşağı sağa baxaraq gözlərinizlə yavaşça xətt çəkin.
- Sağ qolunuzu qarşıya doğru dik tutun və diqqətinizi baş barmağınıza yönəldərək baxın. Yavaş-yavaş baş barmağınızı burnunuza doğru yaxınlaşdırın. İki gözünüzün tam ortasına qədər gətirin. Təkrar yavaş-yavaş uzaqlaşdırın.
Diqqət!
Göz əzələlərinin tənbəlləşməsinin qarşısını alan bu idman hərəkətlərini ağ, ya da açıq rəngli divarın qarşısında edin. Yeni başlayanda hər hərəkəti 5 dəfə edin. Gözün hərəkət qabiliyyəti artdıqca 10 dəfə təkrarlayın.
Aktual.az
Xəbər 861 dəfə oxunub.