"Gümüş və bürünclərin qızılla əvəz olunması vaxtı çatıb" -Mikayıl Cabbarov


Azərbaycana beynəlxalq fənn olimpiadalarından gətirilən medalların sayı artıb.


Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşündə deyib.

Beynəlxalq fənn olimpiadalarından daha çox qızıl medalın gətirilməsini istədiklərini deyən nazir qeyd edib ki, artıq olimpiadalardan gətirilən gümüş və bürünc medalların qızıl medallarla əvəz olunması vaxtı çatıb.

M.Cabbarovun sözlərinə görə, 2015-ci ildə beynəlxalq olimpiadalarda ümumilikdə 13 bürünc medal əldə edilib: "Bu il də Gənclərin Elm Olimpiadasında 2 gümüş, 3 bürünc, Qazaxıstanda keçirilmiş Jautukov olimpiadasında 7 medalın qazanılması ölkəmiz üçün yaxşı nəticədir".

M.Cabbarov onu da əlavə edib ki, şagirdlərin olimpiadalarda qazandıqları uğurları artırmaq üçün beynəlxalq olimpiadalara 3 hazırlıq mərkəzi, yeni laboratoriyalar yaradılıb.

Nazir beynəlxalq olimpiadalara hazırlıq işlərinin genişləndiriləcəyini də söyləyib: "Azərbaycanda gənclərin sayı həddindən artıq çoxdur. Bu da ölkəmizin üstünlüyüdür. Həyatda savadlı gənclər uğur qazanırlar. Bu gün biliyin dəyəri getdikcə artır və onun rolu daha mühüm olur. Çünki bilikli və savadlı insanlar yalnız öz həyatlarını zənginləşdirmirlər, onlar həm də cəmiyyətə töhfə verirlər".

Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR