“Gültəkin Hacıbəyli hərrac məsələlərində təcrübəsi olan adamdır” - Elşən Musayev

“Gültəkin Hacıbəyli hərrac məsələlərində təcrübəsi olan adamdır” -  Elşən Musayev

“Gültəkin Hacıbəylinin alınıb - satılmaqdan dəm vurmasını kimsə gözümçıxdıya, qəribçiliyə salmasın. Adam bu iş üzrə ixtisaslaşıb və hərrac məsələlərində ondan daha peşəkar, ondan daha “usta” siyasətçi tapmaq çətin məsələdir”–

Aktual.az 7 news.az-a istinadən xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev Gültəkin Hacıbəylinin “Bacarırsınız, Əli Kərimlini satın alın” – adlı müəllif yazısına münasibət bildirərkən söyləyib.

“Bu söhbətin tək bir kuryoz tərəfi var: o da mətnin Əli Kərimli xitabında (sentimental heca vəznində) yazılmasıdır. Vəssalam. Yoxsa kimin nə işi var Gültəkin Hacıbəyli ilə? Heç kimin, təbii. Adam zatən ala - ala gəldiyi yolları sata - sata da qayıdıb. Və bunu gizlətmir, danmır. Bir mandata görə yediyi çörəyə, zamanında oturduğu kürsüyə, sahib olduğu mövqeyə tüpürdüyünü də inkar eləmir. Sadəcə ziddiyyət və cəmiyyətə mübhəm qalan məqam ondadır ki, Gültəkin xanım durduq yerdə niyə Kərimlini satışa çıxarası oldu? Üstəlik, onu da demədi ki, AXCP sədri bazara, hərraca satış subyekti olaraq nə qismdə çıxarılır?

Bəlkə Kərimli işçı qismində təklif olunur? Məsələn, mənim evimdə təmizlik işləri görəcək birinə ehtiyac var. Günəmuzd 15 manata razılaşarsa, ev yığışdırmaq, paltar yumaq təcrübəsi varsa və bir də şalvar ütüləyərkən iki xətt qoymursa, buyursun Kərimli. İşə dəvət edirəm. Lap istəyir gedib natariusda əmək müqaviləsi təsdiqlədək. Ya da maşın sürə bilirsə, yenə mən razı. Gəlsin, maaş danışaq. Onsuzda seçki qabağı belə birinə ehtiyacım var. Uzun yol sürmək vərdişim yoxdur.

Yox əgər mövzu, istiqamət cəbhə, mövqe dəyişməkdirsə, bu “bazar”a da girirəm. Qiymətini deyin, satın alıram Kərimlini. Satılırsa alıram. Gəlib bizim Partiyada otursun, kargüzar işlərinə baxsın.

Əlqərəz, dediyim odur ki, satdığın, təklif etdiyin, malın təyinatını, göstəricilərini, yararlığını deməlisən. Yoxsa ağıla yüz şey gəlir. Ayrıca, ən axmaq şeylər də adamın ağlına ən birinci gəlir” – deyə Partiya sədri fikirlərinə davam edib

Xəbər 1010 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR