Xəbər verdiyimiz kimi, Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəylini Türkiyə Azərbaycana deport edib. Lakin o, Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılmayıb.
Sözügedən məsələylə bağlı danışan beynəlxalq hüquq üzrə professor, vəkil Fərhad Mehdiyev bildirib ki, bir insanı istintaqa cəlb etmək üçün onu saxlamaq, həbs etmək şərt deyil.
"Şəxsin saxlanılması üçün bununla bağlı ayrıca qərar verilməlidir. Tam mümkündür ki, Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycanın istəyi ilə deport olunsun, amma Bakıya çatarkən onun saxlanılması vacib deyil. Çünki şübhəli şəxs haqqında həbs qətimkan tədbirinin tətbiq edilməsi zəruri deyil. Ola bilsin ki, şahid qismində istintaqa cəlb olunub”, - o bildirib.
Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev oktyabr ayında dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd maddələri ilə ev dustaqlığına məhkum edilib. Hazırda DTX-də davam edən istintaq işində Gültəkin Hacıbəylinin də adı hallanır. (axar.az)
Xəbər 63 dəfə oxunub.