Özbəkistanın mərhum prezidenti İslam Kərimovun nəvəsi anası Gülnarə Kərimovanın ölümü barədə yayılan xəbəri şərh edib.
Aktual.az Oxu.Az- istinadən xəbər verir ki, BBC-nin Özbəkistan xidmətinə verdiyi müsahibədə o, bu xəbəri şayiə adlandırıb.
23 yaşlı İslam Kərimov qeyd edib ki, onun anası sağdır və 2014-cü ilin fevralından bu yana saxlanıldığı evdədir. İslam bacısı İman Kərimovanın da ev dustaqlığında olduğunu və ölkəni tərk edə bilmədiyini deyib. O, özü isə Londondadır.
Noyabrın 22-də "Senter-1” saytı Özbəkistanın Milli Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən mərhum prezidentin qızının ölüm xəbəri barədə məlumat yaymışdı. Məlumata görə, qadın noyabrın 5-də zəhərlənmədən ölüb və "Minor” qəbirstanlığında dəfn edilib. Mənbə dəfndə şəxsən iştirak etdiyini bildirib. Jurnalistlər respublika hakimiyyətinə mərhum prezidentin qızının taleyi və yerləşdiyi məkan barədə sorğu göndəriblər. Hələlik sorğuya cavab yoxdur.
Xəbər 591 dəfə oxunub.