Güllələnən müəllimə müalicədən sonra harada işləyəcək?

Güllələnən müəllimə müalicədən sonra harada işləyəcək?

Bakıda "İdrak” liseyində şagirdi tərəfindən güllələnən və bu gün xəstəxanadan evə buraxılan müəllimə Şəhla Kamilova tədris prosesinə geri dönəcək.
Aktual.az bildirir ki, oxu.Az-ın əldə etdiyi məlumata görə, müəllimə yaxın günlərdə elə çalışdığı "İdrak” liseyində fəaliyyətini davam etdirəcək.
Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir.
Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak” liseyində silahlı insident baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. odlu silahdan atəş açaraq riyaziyyat müəlliməsi Şəhla Kamilovanı güllələyib.

Xəbər 50 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR