Güləşçimiz dünya reytinqində birincidir (SİYAHI)

Güləşçimiz dünya reytinqində birincidir   (SİYAHI)
  • İDMAN

Dünya Güləş Birliyi 2015-ci ilin sentyabr ayında keçirilən yarışların nəticəsinə əsasən sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sərbəst güləşçilərimizdən 10 nəfər Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ötən ay ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında sərbəst güləşçilərimizin qazandığı 1 qızıl, 1 gümüş və 1 bürünc medal, eləcə də 2016-cı ildə Rio-de Janeyrada keçiriləcək Yay Olimpiya Oyunlarına 4 lisenziya idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib.

Dünya çempionatında qızıl medal qazanmaqla, sərbəst güləş tariximizdə ilk ikiqat dünya çempionu adına sahib olan Hacı Əliyev öz çəki dərəcəsində reytinqdə ilk sırada qərarlaşıb. Dünya çempionatının yalnız finalında məğlub olan 125 kq-da təmsilçimiz Cəmaləddin Məhəmmədov reytinqdə də ikinci sıraya yüksəlib.

İlk onluqda yer alan digər sərbəst güləşçilərimizdən, olimpiadanın ikiqat bürünc medalçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov (97 kq) 3-cü, Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifov isə müvafiq olaraq 5-ci və 7-ci yerdə qərarlaşıb.

57 kq
18. Mahir Əmiraslanov - gənclərin dünya şempionatı 1-ci yer (nr)

61 kq
1. Hacı Əliyev - dünya çempionatı 1-ci yer (10)

65 kq
5. Toğrul Əsgərov - Avropa Oyunları 1-ci yer (3)
14. Məhəmməd Müslümov - Paris Qran-Pri turniri 1-ci yer (9)

70 kq
9. Ruslan Dibirhacıyev - Avropa Oyunları 3-cü yer (8)

74 kq
20. Cəbrayıl Həsənov - Avropa Oyunları 3-cü yer (16)

86 kq
5. Məhəmmədhacı Xatiyev - dünya çempionatı 5-ci yer (nr)

97 kq
3. Xetaq Qazyumov - dünya çempionatı 3-cü yer (1)
7. Şərif Şərifov - Dünya Kuboku 1-ci yer (3)

125 kq
2. Cəmaləddin Məhəmmədov - Dünya çempionatı 2-ci yer (4)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Xəbər 655 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR