Sərəbəst Güləşçilərimiz Rioda keçirilən yay olimpiya oyunlarından 2 bürünc medal qazanıblar.
Aktual.az Aznews.az-a istinadən xəbər veri ki, Hacı Əliyev (57) və Cəbrayıl Həsənovun(74 kq) qazandığı 2 bürünc Azərbaycanın medal sayını 13-ə qaldırıb.
57 kq
Rioda keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən sərbəst güləşçi Hacı Əliyev (57) bürünc medal görüşünə çıxıb.
son təsəlliverici görüşda idmançımız rəqibi bolqarıstanlı Vladimir Dubov olub.
Görüşün əvvəlində Dubov 4 xalla irəli olsa da Əliyev tezliklə fərqi 2-yə endirib.. İkinci hissədə isə rəqibinə fənd tətbiq edərək, onun kürəyini yerə vurub və tam qələbə qazanıb.
Beləliklə, Hacı Əliyev olimpiadada Azərbaycanın aktivinə 12-ci medalı qazandırıb.
74 kq
74 kq. çəki dərəcəsində çıxış edən Cəbrayıl Həsənovun son təsəlliverici görüşdə rəqib özbəkistanlı Bekzod Abduraxmanov olub.
Azərbaycanlı pəhləvan qarşılaşmanı 9:7 hesablı qələbə ilə tamamlayıb.
Beləliklə, Cəbrayıl Həsənov özünün ilk olimpiya medalını, sərbəst güləş yığması adına ikinci bürünc medalı qazanıb.