Güləşçilərimiz Hərbçilərin Dünya İdman Oyunlarında iştirak edəcəklər

Güləşçilərimiz Hərbçilərin Dünya İdman Oyunlarında iştirak edəcəklər
  • İDMAN

Oktyabrın 2-dən Koreyanın Mungyeong şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunları start götürür.

Azərbaycan Güləş Federasiyasından Aktual.az-a verilən məlumata görə, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edəcək. Azərbaycan güləş üzrə yığma komandalarının bəzi üzvlərinin də iştirak edəcəyi yarışlar 6-10 oktyabr 2015-ci il tarixlərdə baş tutacaq.

Yunan-Roma güləşi yarışlarında Ramiz Məmmədov (59 kq), Cavid Əsədzadə (66 kq), Samran Nəsibov (71 kq), Cavid İbrahimli (75 kq), Rafiq Hüseynov (80 kq), Soltan İsmayılov (85 kq) və Türmən Eyyubov (98 kq), sərbəst güləş yarışlarında isə Ruslan Qasımov (57 kq), Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), İbrahim Yusubov (86 kq) və Roman Bəkirov (97 kq) mübarizə aparacaqlar.

Proqrama əsasən oktyabrın 6-7-də sərbəst, 9-10-da isə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Elman İsmayılov ölkəmizi təmsil edəcək.

Aktual.az

Xəbər 535 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR