Güləşçilərimiz Avropa çempionatında bürünc qazandılar

Güləşçilərimiz Avropa çempionatında bürünc qazandılar

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından  verilən məlumata görə, beşinci yarış günündə 42,

50, 58, 63 və 76 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulur. Yığma komandamızın üzvləri 2 bürünc medal qazanıb.

50 kq-da yarışan Zaur Nuriyev mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Almaniya və Belarusdan olan rəqiblərini məğlub edən güləşçimiz növbəti görüşdə Gürcüstan idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Təsəlliverici görüşdə Rusiyadan olan rəqibinə şans verməyən Zaur həlledici görüşdə daha bir Rusiya idmançısı ilə qarşılaşıb. Rəqibinə tam üstünlüklə qalib gələn güləşçimiz çempionatın bürünc medalını qazanıb.

69 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə yarımfinala qədər inamlı təsir bağışlayıb. Finlandiya, Xorvatiya və Belarusdan olan rəqiblərini tam üstünlüklə, rəqiblərinə bir xal vermədən mübarizədən kənarlaşdıran güləşçimiz yarımfinalda uduzub. Bürünc medal uğrunda görüşdə Ülvinin rəqibi Rusiya idmançısı olub. Tam üstünlüklü qələbə güləşçimizə bürünc medal qazandırıb.

Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR