Meksikada keçirilən əyləncəli yarışın sonluğu faciəylə bitib.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, 4 nəfərin mübarizə apardığı yarışda Del Perro Aquay adlı amerikalı güləşçi rinqdə həyatını itirib. Rəqibinin zərbələrindən sonra kanatdan asılı vəziyyətə qalan idmançının öldüyünü heç kim hiss etməyib. Döyüş başa çatdlıqdan sonra isə gec olub. Boynu qırılan Aquay rinqdəcə canını tapşırıb.
Qeyd edək ki, hadisə 2015-ci ilin mart ayında baş verib.