Gülər Əhmədovanın ölkədən çıxmasına icazə verildi

Gülər Əhmədovanın ölkədən çıxmasına icazə verildi

Bu gün Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, prosesdə qərar elan olunub. Qərara əsasən, G. Əhmədovanın şikayəti qismət təmin olunaraq, onun ölkədən 3 aylıq çıxmasına icazə verilib.

Qeyd edək ki, G.Əhmədova cərrahiyə əməliyyatı keçirməsi üçün ölkə hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin 8 aylıq götürülməsi barədə məhkəməyə vəsatət verib. Yasamal Rayon Məhkəməsi ərizəni təmin etməyib. Qərardan narazı qalan G.Əhmədovanın müdafiəçisi apellyasiya şikayəti verib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunan G. Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verib və o, azadlığa buraxılıb.

Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR