15 iyul çevrilişinə cəhddən sonra FETÖ üzvlərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın bir nəfərə sui-qəsd edilməsi üçün İŞİD-dən yardım istəməsi ilə bağlı məlumat ortaya çıxıb.
Aktual.az axar.az-a istinadən bildirir ki, FETÖ üzvlərindən birinin Suriyanın Tel Abyad şəhərində iki İŞİD üzvüylə görüşməsi haqda məlumat əldə edən polis dövlət orqanlarına xəbərdarlıq mətni göndərib.
Həmin FETÖ üzvünün avqustun 8-də Tel Abyadda Mütənna Əbdülrəzzaq Əli və İbrahim Həsənlə görüşərək, onlardan Ərdoğana yaxın bir nəfərin səssiz silahla öldürülməsi və İstanbulda terror aksiyası təşkil etmələri istənilib.
Məlumata görə, avqustun 9-da Şanlıurfadan Ankaraya 6 səssiz silah göndərilib. Bu silahlardan terror aksiyalarında kürd əsilli 4 qadın istifadə edəcəkmiş. FETÖ üzvü olan şəxs bunun qarşılığında İŞİD-çilərə maddi yardım da edib.
Bu məlumatın əldə edilməsindən sonra türk polisi Prezidentin Təhlükəsizliyi Dairəsi də daxil olmaqla bütün bölgələrdəki polis bölmələrinə xəbərdarlıq göndərib.