FETÖ-nün Türkiyədə çevriliş cəhdi ilə bağlı başladılan istintaq işi çərçivəsində Fətullah Gülənin qardaşı qızı Əminə saxlanılıb.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, qadın Balıkəsir Edremit bölgəsində ələ keçirilib .
Əldə edilən məlumata görə, bir müddətdir təqib edilən Əminə.A-nın yaşadığı yerdə bu səhər əməliyyat keçirilib.
Polis Əminənin mobil telefonunu araşdırıb və məlum olub ki, son danışıqlarının əksəriyyətini ABŞ-dakı naməlum şəxslə aparıb.
Şübhəlinin evindən 2 ədəd 1 dollar, Gülən çoxlu fotoları və kitabı ələ keçirilib.