Gül əkmək üçün yer qazdı, 600 milyon pul tapdı

Gül əkmək üçün yer qazdı, 600 milyon pul tapdı
  • DÜNYA

Kolumbiya vətəndaşı bağında işləyərkən həyətindən külli miqdarda pul tapıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Joze Mariena Kartolos adlı bağban Kolumbiyanın məşhur narkobaronun itmiş sərvətini tapıb. Belə ki, bağban gül əkmək üçün qazdığı yerdən 600 milyon dollar pul tapıb.

Məlumata görə, tapılan pul məşhur narkobaron Pablo Eskobara məxsus olub.

Qeyd edək ki, Madellin bölgəsində narkotik alveri ilə məşhur olan Eskobar 1975-ci ildə bölgənin ən böyük narkobaronu öldürərək liderliyə yüksəlib.

1989-ci ildə Eskobar `Forbes` jurnalının ən zənginləri siyahısında 7-ci yeri tutub.

Qeyri-qanuni işlərini davam etdirən Eskobar 1993-cü ildə öldürülüb.

Xəbər 882 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR