Son günlər, xüsusən də mayın 13-14-də yağan aramsız yağışlar nəticəsində Gürcüstanın Katexi rayonunun Axmetski kəndini su basıb.
Axmetski bələdiyyəsi aparatının rəhbəri Beki Baydarui bildirib ki, aramsız və şiddətli yağış nəticəsində kənd təsərrüfatı sahələri, evlərin həyətləri, yollar su altında qalıb.
Rayonun Matani, Kvemo, Zemo Alvani kəndləri, eləcə də Pankisi dərəsi də su altında qalıb.
Güclü yağışlar Gürcüstanın qərb bölgəsində də ciddi fəsadlar yaradıb. Bəzi çayların səviyyəsi qalxıb, yolları su basıb.
Son günlər Kür çayının Gürcüstandan keçən hissəsində də suyun səviyyəsi xeyli qalxıb.(AzərTac)
Aktual.az