Rusiya paytaxtına güclü qar yağıb.
Aktual.az APA-ya istinadən bildirir ki, yanvarın 12-dən etibarən intensiv yağmağa başlayan qarın hündürlüyü 25 santimetrə çatıb.
Hidrometeoroloqlar gün ərzində Moskvaya yarım aylıq normada qar yağdığını bildiriblər.
Güclü qar yanvarın 13-dən paytaxt yollarında uzunluğu on kilometrlərlə ölçülən tıxacların yaranmasına səbəb olub.
Paytaxtda hazırda havanın temperaturu -1-3 dərəcə təşkil edir. Axşama doğru -5-6, gecə saatlarında isə -7-11 dərəcə şaxta olacağı gözlənilir.
Moskvada avtomobil yolları 24 saat ərzində müntəzəm olaraq qardan təmizlənir. Bu işə 15 min texnika və 39 min nəfər canlı qüvvə cəlb olunub.