Güclü qar Gürcüstanda həyatı iflic edib

Güclü qar Gürcüstanda həyatı iflic edib
  • DÜNYA

Güclü və aramsız yağan qar Gürcüstanın qərb və şərq bölgələrində ciddi problemlər yaradıb.
Aktual.az Azərtac-a istinadən xəbər verir ki, Batumi, Kobuleti, Zuqdudi və Tsalendcixa şəhər və rayonlarında qarın hündürlüyü 70 santimetr, bəzi yerlərdə isə 1 metrə çatıb. Temperaturun mənfi 5-10, dağlıq rayonlarda isə 15-20 dərəcəyə enməsi vəziyyəti daha da ağırlaşdırıb. Elektrik naqillərinin qarın ağırlığına tab gətirməyərək qırılması səbəbindən onlarla rayon mərkəzi və kəndlərə elektrik enerjisinin verilişi dayanıb.

Gürcüstanın Kaxeti və Laqodexi rayonlarında da vəziyyət acınacaqlıdır. Bu bölgələrdə qarın hündürlüyü 90 santimetrə çatıb. Havanın temperaturu isə mənfi 10-20 dərəcə arasında dəyişir.

Hökumət strukturları və könüllülər yolların qardan təmizlənməsinə və elektrik enerjisi verilişinin bərpasına çalışırlar. 

Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR