Gecə saatlarından davam edən güclü qara baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanının işində heç bir problem müşahidə olunmur.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu hava limanında deyiblər.
Qeyd edilib ki, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir.
Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.