Qüdrət Həsənquliyev: "Siyahı ilə tanışlıq onu deməyə əsas verir ki, Əli Əhmədov, Mübariz Qurbanlı, Heydər Əsədov, Vüqar Rəhimzadə və digər bu kimi tanınmış şəxslərin namizəd kimi göstərilməsi VII çağırış Milli Məclisdə YAP-ı daha da gücləndirəcək”
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Yeni Azətbaycan Partiyasının Milli Məclisə keçiriləcək seçkilərdə irəli sürdüyü deputatlığa namizədlərin siyahısı ilə bağlı xalqcebhesi.az saytının sorğusunu cavablandırıb.
ƏHD Partiyasının sədri deyib: "Siyahı ilə tanışlıq onu deməyə əsas verir ki, Əli Əhmədov, Mübariz Qurbanlı, Heydər Əsədov, Vüqar Rəhimzadə və digər bu kimi tanınmış şəxslərin namizəd kimi göstərilməsi VII çağırış Milli Məclisdə YAP-ı daha da gücləndirəcək. Bəzi dairələrdə YAP-ın güclü namizədlərlə çıxış etməməsi imkan verəcək ki, Mili Məclisdə həm müxalifət, həm də bitərəflər təmsil oluna bilsin. Güclü parlament islahatların aparılmasına, ölkəmiz qarşısında dayanan və həllini gözləyən ciddi problemlərin aradan qaldırlmasına töhfə verə bilər. Başqa partiyalardan və bitərəflər sırasından da Məclisə təcrübəli və hazırlıqlı şəxslərin düşəcəyini gözləyirəm.VII çağırış Milli Məclis Konstitusiyaya görə 4 il fəaliyyət göstərəcək. Bu müddətdə idarəetməni təkmilləşdirmək üçün ölkəmizdə Konstitusiya islahatlarına gedilməsinə böyük ehtiyac olacaq. Parlament bu işdə önəmli rol oyanaya bilər. Xeyirlisi Allahdan
Xəbər 653 dəfə oxunub.