Bir neçə gündür əsən güclü külək Bakıda yeni fəsadlar törədib. Məsələn, Hövsanda çinar ağacları sınaraq maşınların üstünə aşıb.
Hövsan sakini Günay Şıxəliyeva hadisəni belə təsvir edir: "Bizim pəncərə açıq idi. Nəsə güclü səs gəldiyini eşitdim. Balkona çıxanda gördüm ki, çürümüş ağac maşınların üstünə aşıb".
Günay Şıxəliyevanın deməsinə görə, ağac aşarkən maşınların birinin içində sürücü də olub. Avtomobilini yenicə park edən sürücü xəsarət almaqdan canını qurtara bilib.
Sakinlər bundan əvvəl də "Azadlıq" radiosuna çürümüş ağacların təhlükəsi ilə bağlı məlumat vermişdilər.