Dünən axşam saatlarından başlayan güclü külək Bərdə rayonunun elektrik təsərrüfatına ziyan vurub.
Aktual.az-ın "Report"a istinadən məlumatına görə, küləyin gücündən bəzi yüksək gərginlikli elektrik xətlərində qırılma və açılma baş verib.
Bu səbəbdən də Bərdənin bir hissəsi və rayonun bir kəndi elektriksiz qalıb. Hazırda "Azərişıq" ASC-nin rayon şöbəsinin əməkdaşları ziyan dəymiş ərazilərdə təmir və bərpa işləri aparırlar.