Güclü külək Bakıda xeyli ağacı aşırdı

Güclü külək Bakıda xeyli ağacı aşırdı

Bakıda gecədən başlayan güclü külək nəticəsində 19 ağac aşıb, 15 ağacın budaqları qırılıb.
Bu barədə Aktual.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, güclü külək nəticəsində birliyin qaynar xəttinə daxil olan 34 müraciət Xətai, Nəsimi, Suraxanı və Binəqədi rayonlarını əhatə edib.
Qurumun əməkdaşları tərəfindən indiyədək 15 aşmış ağac, 13 qırılan budaq ərazidən götürülərək təmizlənib.
Xəbər 79 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR