Güclü külək Bakıda bir sıra fəsadlar törədib. Paytaxtın `28 May` metrostansiyasının yaxınlığında Yeni İl bayramı ilə əlaqədar qurulan çadr küləyin təsirindən uçub.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, çadr Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bayram yarmarkasının keçirilməsi üçün qurulmuşdu.
Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bu yaxınlarda mətbuata açıqlamasında bildirmişdi ki, hələlik 3 yarmarka qurulsa da, onların sayının 10-na çatdırılması planlaşdırılıb.
Xəbər 401 dəfə oxunub.