Güc strukturlarında çalışanların maaşları artırıldı – SƏRƏNCAM

Güc strukturlarında çalışanların maaşları artırıldı   – SƏRƏNCAM

Fevralın 1-dən etibarən.

Prezident İlham Əliyev Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq maaşlarının artırılması haqqında sərəncamlar imzalayıb.
Aktual.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamlara əsasən, adı çəkilən şəxslərin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılır.

Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər 1085 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR