Goranboyda mərminin partlaması nəticəsində bir nəfər xəsarət alıb.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Xınalı kənd sakini 1970-ci il təvəllüdlü Rauf Hüseynov metal tullantılarını yığan zaman partlamamış döyüş sursatı – mərmi aşkarlayıb. Rauf Hüseynov mərmini “Qazel” markalı avtomobilində zərərsizləşdirərkən partlayış baş verib və o müxtəlif qəlpə yaraları alıb.
Gəncə Şəhər Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən R. Hüseynovun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.