Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib, bir nəfər ölüb

Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib, bir nəfər ölüb

Goranboy rayonunda qidadan zəhərlənmə hadisəsi qeydə alınıb.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Xınalı kənd sakini, 1976-cı il təvəllüdlü İsaq Hüseynov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Səlmi Hüseynova və 9 yaşlı qızı qida zəhərlənməsi əlamətləri ilə Gəncə şəhər Abbas Səhhət adın 1 saylı xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səylərinə baxmayaraq, İ.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. 

S.Hüseynova və azyaşlı qızının vəziyyətinin isə ağır olduğu bildirilir.

Məlumata görə, Hüseynovlar ailəsinin evində dünən gecə alüminium qazanda mərci supu hazırlanıb. Bir gecə həmin qazanda saxlanılan yeməyi yeyən ailə üzvləri bu gün zəhərlənib. 
 

Aktual.az

Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR