“Google” ildırım vurması nəticəsində istifadəçi məlumatlarını itirdi

“Google” ildırım vurması nəticəsində istifadəçi məlumatlarını itirdi
  • DÜNYA

“Google”-un Belçikadakı məlumat emalı mərkəzlərindən birini dörd dəfə ildırım vurub. Nəticədə istifadəçi məlumatları qismən silinib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, avqustun 13-də başlayan ildırım “Google Compute Engine” servisinin işinə təsir göstərib. Nəticədə bəzi istifadəçilər öz fayllarını itirib. Sonradan bəzi məlumatları xilas etmək mükün olub. Nasazlığın aradan qaldırılması üçün şirkətə dörd gün lazım olacaq.


Saxlanılan məlumatın təqribən 0,000001 faizinin silindiyi “Google” tərəfindən təsdiqlənib.

Şirkətdən həmçinin bildirilib ki, gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi texnoloji tədbirlər görüləcək.

 
Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR