Dubay-Bakı aviareysilə Azərbaycana gələn ölkə vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatıyla baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən verilən məlumata görə, DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər.
Nəticədə, vətəndaşa məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 619 dəfə oxunub.