İran vətəndaşı Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda saxlanılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Əlisahib Məhəmmədqolinin üzərinə baxış zamanı 20 ədəd metadon adlı həb aşkar edilib.
Azərbaycan vətəndaşı Əjdər Abuşovun düz bağırsağından 3 ədəd bükümdə, xalis çəkisi 113,800 qram olan heroin aşkar olunub.
Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 20 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir. Hər iki faktla bağlı təhqiqat aparılır.