Gömrükdə Ermənistanda istehsal olunmuş içkilər - Müsadirə edildi

Gömrükdə Ermənistanda istehsal olunmuş içkilər - Müsadirə edildi

Rusiya Federasiyasından Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Mübariz Fərhad oğlunun adına daxil olan avtomaşında bəyan olunmayan spirtli içkilərin, soyuq silahlara oxşar predmetlərin və digər malların olması ilə bağlı Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Aktual.az-a verilən məlumata görə, BBGİ əməkdaşları məlumat əsasında Bakı şəhəri, Xəzər rayonu, Şaqan qəsəbəsində yaşayan Əhmədov Mübariz Fərhad oğlunun adına daxil olan və Bakı Baş Gömrük İdarəsində gömrük bəyannaməsi ilə rəsmiləşdirilən ev əşyaları yükünə gömrük baxışı keçiriblər. Yoxlama zamanı gömrük bəyannaməsində qeyd edilməyən 4042 ədəd keçmiş SSRİ-nin, 2340 ədəd Rusiya Federasiyasının metal pulları, 3 ədəd istifadə olunmuş xalça, 10 ədəd müxtəlif ölçülü bıçaqlar və 68 ədəd Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan spirtli içkilər (spirtli içkilərdən 9 ədədi Ermənistan Respublikasında istehsal edilib) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR