İrandan gələn Azərbaycan vətəndaşı narkotiklə yaxalanıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Əkbər Məmmədova məxsus sellofan torbanın içərisindəki plastik qabda 1500 ml həcmində metadon məhlul aşkarlanıb.
O, Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postunda saxlanılıb.
İrandan gələn digər Azərbaycan vətəndaşı Əhməd Məmmədova məxsus sellofan torbada olan və üzərində “20 Eff. Tablets VİTAMİN C” sözləri yazılmış dərman qutusunda isə 99 ədəd həbdən ibarət metadon preparatı aşkar edilib.
Beləliklə, bir qəbildən olan malın digər şəklə salınaraq gömrük nəzarətindən keçirilməsinə cəhdin qarşısı alınıb.
Hər iki faktla bağlı təhqiqat aparılır.