Ərzaq məhsullarının arasından gömrük nəzarətinə bəyan olunmayan 13 min ədəd siqaret aşkar edilib.
Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib.
Yoxlama zamanı əl yüklərinə daxil olan 4 ədəd çantadakı müxtəlif ərzaq məhsullarının arasından gömrük nəzarətinə bəyan olunmayan 13 min ədəd siqaret aşkar edilərək götürülüb.
Aktual.az
Xəbər 379 dəfə oxunub.