DGK məlumat yaydı.
Dekabrın 25-də saat 10:00-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində sahibkarlarla görüş keçiriləcək.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
“Görüş sahibkarlığın inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi, maraqlı tərəflərin gömrük işinin müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatlandırılması, o cümlədən beynəlxalq ticarət təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə əlverişli şərait yaradılması məqsədi daşıyır”, - deyə komitədən qeyd edilib.
Xatırladaq ki, seminarda iştirak etmək istəyən şəxslər Dövlət Gömrük Komitəsinin internet səhifəsinin (www.dgk.gov.az) “Sahibkarlara dəstək” blokuna daxil olmaqla qeydiyyatdan keçməlidirlər.