Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə bir sıra kənd təsərrüfatı və emalı məhsulları, inşaat materialları üzrə idxal gömrük rüsumları artırılıb.
Aktual.az xəbər verir ki, bu barədə oktyabrın 19-da Bakı Biznes Mərkəzində 150-yə yaxın ixracatçı şirkətin iştirakı ilə keçirilmiş "Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar" mövzusunda Konfransda İqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərkən bildirib.
O, daha sonra bunları əlavə edib: "Bu, yerli istehsalın qorunmasına və genişlənməsinə, eləcə də ixrac imkanlarının artırılmasına əlavə stimul yaradır. Ancaq bu ilk addımdır. Belə ki, özünütəminetmə səviyyəsi yüksəldikcə yeni məhsullar bu siyahıya daxil edilə bilər".
Aktual.az
Xəbər 690 dəfə oxunub.