Ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Havalimanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Aktual.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı məlumat yayıb. Komitə bildirir ki, həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Bunu aşağıdakı videoçəkilişdən də aydın görmək olar. Faktla bağlı ətraflı məlumat veriləcək.