Gömrük Komitəsi Türkiyə televiziyasında yayımlanan reportaja münasibət bildirib

Gömrük Komitəsi Türkiyə televiziyasında yayımlanan reportaja münasibət bildirib

Yanvarın 22-də bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikasındakı televiziya kanallarından birində yayımlanan proqramda Azərbaycan Respublikası vətəndaşı Rasim İsgəndərlinin Dövlət Gömrük Komitəsinin ünvanına səsləndirdiyi həqiqətə uyğun olmayan məlumatlar yer alıb.

Dövlət Gömrük Komitəsindən  verilən açıqlamada deyilir ki, Rasim İsgəndərli bu ilin yanvar ayının 8-də Türkiyə Respublikasına səyahət edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, o Heydər Əliyev adına Beynəlxalq Hava Limanının gömrük sərhədini keçən zaman baqaj və ya əl yükündə özünün iddia etdiyi kimi göyərçin quşları olmayıb və Rasim İsgəndərli ölkədən göyərçin quşları aparmaq istədiyi barədə hər hansı gömrük orqanına müraciət etməyib:

`Onu da qeyd edək ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, eləcə də respublikamızın bütün sərhəd-gömrük keçid məntəqələrində gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısı hər kəsin yaxşı görə biləcəyi lövhələr də yerləşdirilib. Üstəlik vətəndaşlar Dövlət Gömrük Komitəsinin internet səhifəsindən və bütün sərhəd-gömrük keçid məntəqələrində yerləşdirilən informasiya köşkləri vasitəsilə də bu barədə məlumat ala bilərlər` - deyə xəbərdə bildirilib.

Xəbər 563 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR