Gömrük işçilərinin maaşları artırıldı

Gömrük işçilərinin maaşları artırıldı

Nazirlər Kabineti “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nda dəyişiklik edib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, dəyişiklik gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitlərlə bağlıdır.

İndiyə qədər inkişaf fonduna daxil olan vəsaitin 25 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldilib.

Bundan sonra isə inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldiləcək.

Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR